Haqqımızda

COLAB. 2016-cı ildə tanınmış tikinti və inşaat materiallarını paylanılması ilə məşğul olan şirkət Workplace Interiors tərəfindən qurulmuşdur. Əsas təcrübəsi yüksək keyfiyyətli ofis sahəsi qurmaq olan Workplace Interiors-un məqsədi yüksək ofis məkanı standartlarını kiçik qruplar və frilanserlər üçün əlçatan etməkdir. COLAB. gənc və köklü mütəxəssislərin keyfiyyətli iş mühitinə və məqbul qiymətə əl çatan olmasına kömək etmək üçün hazırlanmış bir ofis məkanı platformasıdır.

Dəyərlərimiz

  • İş məkanın keyfiyyətli olması və insanların birgə fəaliyyəti zamanı ərsəyə gələn yaradıcılıq, fokus və nizam intizam biznesinizin daha uğurlu olmasına şərait yaradacağına inanırıq.
  • Bundan əlavə, böyük müəssisələrin yalnız məhsul və xidmətlər yaradılması ilə məşğul olmayıb, eyni zamanda öz resurslarını və məlumat bazasını cəmiyyətlə bölüşərək dəyərli sosial təsir yaratmalı olduğuna inanırıq.

Missiyamız

Missiyamız, ofis sahəsinin istifadəsi ilə əlaqədar xərcləri optimallaşdıraraq mütəxəssisləri dəstəkləməkdir. Ofis məkanı yaradılmasında tələbat olan xərclərin gənclər üçün bariyer olmamasını və bununla da biznes hədəflərini həyata keçirən peşəkarlar yaratmaq istəyirik.