TEZ-TEZ VERİLƏN SUALLAR

COLAB. HANSI XİDMƏTİ TƏKLİF EDİR?

COLAB. PREMİUM COWORKING MƏRKƏZİDİR. BİZ BAKININ MƏRKƏZİNDƏ SİZLƏRƏ ƏLÇATAN QİYMƏTƏ PREMİUM İŞ YERLƏRİ, GÖRÜŞ, SEMİNAR VƏ KONFRANS OTAQLARI TƏKLİF EDİRİK.

COLAB. İLƏ TANIŞ OLMAQ ÜÇÜN İSTƏNİLƏN ZAMAN MƏRKƏZƏ YAXINLAŞA BİLƏRƏM YOXSA ÖNCƏDƏN GÖRÜŞ VAXTI TƏYİN ETMƏK LAZIMDIRMI?

BƏZƏN OLDUQCA MƏŞĞUL OLURUQ, ODUR Kİ, TANIŞLIQ TURUNUN VAXTINI ÖNCƏDƏN BİZİMLƏ MÜƏYYƏNLƏŞDİRSƏNİZ, SİZƏ ÇOX MİNNƏTDAR OLARIQ.

BELƏLİKLƏ, HEYƏTİMİZ SİZƏ DAHA ÇOX DİQQƏT AYIRMAQLA, SİZİN ÜÇÜN MÜNASİB OLAN İŞ MƏKANINI SEÇMƏKDƏ YARDIMÇI OLA BİLƏCƏK. GÖRÜŞ VAXTINIZI MÜƏYYƏN ETMƏK ÜÇÜN BİZİMLƏ +994 50 278 00 72 NÖMRƏSİ VƏ YAXUD WELCOME@COLAB.AZ E-POÇT ÜNVANI VASİTƏSİLƏ ƏLAQƏ SAXLAYIN!

MƏRKƏZİN İŞ SAATLARI NECƏDİR?

BAZAR ERTƏSİ – ŞƏNBƏ: 09:00-22:00

BAZAR: 10:00-19:00

MƏRKƏZDƏ QONAQLARIMLA GÖRÜŞƏ BİLƏRMİ?

BƏLİ, SİZ QONAQ VƏ ZİYARƏTÇİLƏRİNİZ İLƏ MƏRKƏZİMİZİN GÖRÜŞ OTAQLARINDA GÖRÜŞLƏRİNİZİ KEÇİRƏ BİLƏRSİNİZ

HANSI ÜZVLÜK PAKETLƏRİNİZ MÖVCUDDUR?

HAZIRDA TƏKLİF ETDİYİMİZ ÜZVLÜK PAKETLƏRİ İLƏ TANIŞ OLMAQ ÜÇÜN ZƏHMƏT OLMASA, HTTP://COLAB.AZ/MEMBERSHİP/ SƏHİFƏSİNİ ZİYARƏT EDİN.

UNLIMITED VƏ RESIDENT. ÜZVLÜK PAKETLƏRİ ARASINDA FƏRQ NƏDƏN İBARƏTDİR?

HƏR İKİ ÜZVLÜK PAKETİ SİZƏ MƏRKƏZ VƏ BÜTÜN ÖDƏNİŞİZ XİDMƏTLƏRDƏN LİMİTSİZ İSTİFADƏ İMKANI VERİR. RESIDENT. ÜZVLÜK PAKETİ ÇƏRÇİVƏSİNDƏ SİZ KOMPUTER VƏ ƏŞYALARINIZI QEYRİ-İŞ SAATLARINDA MASANIZIN ÜZƏRİNDƏ SAXLAYA BİLDİYİNİZ HALDA, NOMAD.UNLIMITED ÜZVLÜK PAKETİ ÇƏRÇİVƏSİNDƏ SİZ ƏŞYALARINIZI YA ÖZÜNÜZLƏ GÖTÜRMƏLİ YA DA SAXLANC ŞAKAFA YERLƏŞDİRMƏLİSİNİZ.

HAL-HAZIRDA COLAB. -DA ÜZVLÜYÜM YOXDUR. MƏRKƏZDƏ BİR SAATLIQ GÖRÜŞÜMÜ HANSI ÜZVLÜK PAKETİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRƏ BİLƏRƏM?

MƏRKƏZDƏ BİR-İKİ SAATLIQ GÖRÜŞÜNÜZÜ UNION. ÜZVLÜK PAKETİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRƏ BİLƏRSİNİZ. ÜZVLÜK PAKETİNİN SAATLIQ QİYMƏTİ 20 AZN –DİR. OTAQ BÖYÜK ÖLÇÜLÜ TV MONİTOR, LÖVHƏ VƏ SÜRƏTLİ İNTERNET İLƏ TƏMİN OLUNMUŞDUR. ÇAY-QƏHVƏ XİDMƏTİ ÖDƏNİŞSİZ GÖSTƏRİLƏCƏKDİR.

MƏNƏ 30 GÜNDƏN ARTIQ RESIDENT. MASA LAZIM OLA BİLƏR. BU HALDA NƏ ETMƏLİYƏM?

XAHİŞ EDİRİK, BU HALDA MƏRKƏZİN COMMUNİTY MENECERİ İLƏ ƏLAQƏ SAXLAYIN. SİZİN ÜÇÜN ƏN UYĞUN VARİANTI TƏKLİF EDƏ BİLMƏYƏ ŞAD OLARIQ. LAKİN QEYD ETMƏK İSTƏRDİK Kİ, COLAB. –DAN DAHA UZUN MÜDDƏT İSTİFADƏ DAHA DA SƏRFƏLİDİR.

MƏRKƏZDƏ ÜZVLÜK ÇƏRÇİVƏSİNDƏ HANSI XİDMƏTLƏRİ ƏLDƏ EDƏCƏM?

MƏRKƏZDƏ ÜZVLÜK ƏLDƏ ETDİYİNİZ HALDA SİZ AŞAĞIDA GÖSTƏRİLƏN XİDMƏTLƏR İLƏ ƏLAVƏ ÖDƏNİŞSİZ TƏMİN OLUNACAQSINIZ:

  • 100 MB SÜRƏTLI VƏ LİMİTSİZ İNTERNET
  • QONAQLARIN QARŞILANMASI (RESEPTION) XİDMƏTİ
  • AÇIQ ÇAY-QƏHVƏ MASASI, ŞİRNİYYAT VƏ MEYVƏ ÇEŞİDLƏRİ. QONAQLARA ÇAY-QƏHVƏ XIDMƏTI
  • GÖRÜŞLƏR, ŞƏBƏKƏLƏŞMƏK VƏ İSTİRAHƏT ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ ÜMUMİ İSTİFADƏDƏ OLAN MƏKANLAR
  • TƏMİZLİK XİDMƏTİ
  • TƏHLÜKƏSİZLİK XİDMƏTİ
  • HƏR HƏFTƏ TƏŞKİL OLUNAN SEMİNAR, TƏLİM VƏ ŞƏBƏKƏLƏŞMƏ GÖRÜŞLƏRİ
PARKİNQ XİDMƏTİ TƏKLİF EDİRSİNİZMİ?

TƏƏSSÜF Kİ, MƏRKƏZ PARKİNQ XİDMƏTİ TƏKLİF ETMİR. LAKİN YAXIN ƏTRAF ƏRAZİLƏRDƏ AÇIQ VƏ QAPALI PARKİNQ ZONALARI FƏALİYYƏT GÖSTƏRİR.

MƏRKƏZ MƏNİ STASİONAR TELEFON XİDMƏTİ İLƏ TƏMİN EDİRMİ?

TƏƏSÜF Kİ, HAL-HAZIRDA MƏRKƏZ STASİONAR TELEFON XİDMƏTİ TƏKLİF ETMİR. LAKİN, CDMA TELEFON XİDMƏTİNDƏN FAYDALANMAQ ÜÇÜN SİZİ İNTERNET OPERATORUMUZLA ƏLAQƏLƏNDİRƏ BİLƏRİK.

SƏNƏDLƏRİMİ COLAB. –DA ÇAP EDƏ BİLƏRƏM?

BƏLİ, LİMİTLİ ÇAP XİDMƏTİMİZDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ.

COLAB. –DA QEYDİYYAT NECƏ APARILIR?

COLAB. –A QEYDİYYAT ÇOX SADƏ ÜSULLA APARILIR. SİZ ÜZVLÜK MÜQAVİLƏSİNİ İMZALAYIR, ÜZVLÜK PAKETİNİZİ SEÇİR, MÜVAFİQ ÖDƏNİŞİ HƏYATA KEÇİRƏRƏK İŞİNİZƏ BAŞLAYA BİLİRSİNİZ

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR HANSILARDIR?

SİZ COLAB. –DA HÜQUQİ VƏ YA FİZİKİ ŞƏXS KİMİ QEYDİYYATDAN KEÇƏ BİLƏRSİNİZ. FİZİKİ ŞƏXS KİMİ QEYDİYYAT ZAMANI SİZDƏN YALNIZ ŞƏXSİYYƏTİNİZİ TƏSDİQ EDƏN SƏNƏD TƏLƏB OLUNACAQ. HÜQUQİ ŞƏXSLƏR AŞAĞIDA GÖSTƏRİLƏN SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:

  • VÖEN
  • REYSTERDƏN ÇIXARIŞIN SURƏTİ
  • RƏSMİ TƏMSİLÇİNİN (DİREKTORUN) ŞƏXSİYYƏT VƏSİQƏSİ
QEYDİYYAT PROSESSİ NƏ QƏDƏR ÇƏKİR?

QEYDİYYATIN TAMAMLANMASI CƏMİ 10-15 DƏQİQƏ ÇƏKİR.

QEYDİYYAT BİTDİKDƏN HƏMƏN SONRA XİDMƏTLƏRDƏN İSTİFADƏYƏ BAŞLAYA BİLƏRƏMMİ?

BƏLİ, QEYDİYYAT BİTDİKDƏN HƏMƏN SONRA MƏRKƏZDƏ ÇALIŞMAĞA, XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ ETMƏYƏ BAŞLAYA BİLƏRSİNİZ.

QEYDİYYAT KEÇDİKDƏN SONRA ÜZVLÜYÜN BAŞLAMA TARİXİNİ ÖZÜM MÜƏYYƏN EDƏ BİLƏRƏMMİ?

BƏLİ, QEYDİYYAT KEÇƏ, ÜZVLÜK PAKETİNİZİ SEÇƏRƏK ONUN BAŞLAMA TARİXİNİ İSTƏDİYİNİZ TARİXƏ MÜƏYYƏN EDƏ BİLƏRSİNİZ.

ÜZVLÜK PAKETİMİN İSTİFADƏSİNƏ DAİR MƏLUMATLARI NECƏ ƏLDƏ EDƏ BİLƏRƏM?

HƏR BİR ÜZVÜMÜZ WWW.CUSTOMER.COLAB.AZ PORTALINDA QEYDİYYATDAN KEÇMƏKLƏ ŞƏXSİ PROFİLİNDƏ ÖZÜ HAQDA MƏLUMATLARA, ÜZVLÜK PAKETİ, ÖDƏMƏLƏR VƏ GÖRÜŞ REZERVASİYALARINA NƏZARƏT EDƏ BİLƏR. MƏRKƏZƏ GİRİŞ-ÇIXIŞLAR ÜZVLƏRƏ TƏQDİM EDİLMİŞ KARTLAR VASİTƏSİLƏ APARILIR, BELƏLİKLƏ SİZ MƏRKƏZDƏN İSTİFADƏ SAATLARINIZI DA NƏZƏRDƏN KEÇİRMƏK İMKANI ƏLDƏ EDƏCƏKSİNİZ.

ÜZVLÜK HAQQINI HANSI QAYDADA ÖDƏYƏ BİLƏRƏM?

ÜZVLÜK HAQQINI NAĞD VƏ YA BANK TRANSFERİ VASİTƏSİLƏ ÖDƏYƏ BİLƏRSİNİZ.